Okaber Merasim

“Merasim”

Həyatı cənnət sayanlara ölüm cəhənnəmdi
Ölüm fast-food, xərçəng ya da sətəlcəmdi
Ölüm, ulduz xəstəliyi və ya plastik əməliyyatdı
Həyat, 37 , renesans ya da klassik ədəbiyyatdı

Bura lövbəri salanlar üçün növbədi
Mənim üçün kişi kimi söz verməy elə tövbədi
Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir olur
Dəli dolu həyatınızın içində dəli dolu

Karabin kimi, qafiyələr ruha toxuna ya da vura cin kimi,
Zirzəmidə yol axtarıram qaranlıq otaqlara
Nağılları kabus elədim qırmızı papaqlara
Saman altından yeriyən həmin suyu kəs
Ölüm intihar ola bilər ya da sui-qəsd
Deyilərsə içmə, deyil bu badə rəva
Geyinərsə nə badə, məbada, məba..

Mərhaba, ətrafa səs yayıldı
Məslisdə xaç atası, sən bir də Əzrayıldı
Daimi əzablar içində vətən xaini
Xarabada diz çöküb oxuyar sonuncu ayini

Ciyərlərinə tüstü dolar
Qadının kişidən yalnız əxlaqı üstün olar
Okaber mətni cinayət, sətri qandı
Sarkazm, kinayə və ya qətliyamdı

Mənə gələn hər fikir, təbbimdən düzülər mətnlərə qəlbimdən
Süzülər sətrlərə ( gətir mənə)
Ən odlu silahı gətir mənə

Cümlələr mərmidi elə bil ətraf dərmə-deşiy
Sözlərimə qulaq as, Adəm almanı dərmə eşit!
6 nəfər 70-lərdən şahiddi hərivə 5-i
Kəlmə eşir beyinləri, karabin zərbə deşir

Laxladı qəlpələrim, rəqiblərim nakautda
Tanıyan bilir məni MadHouse-dan , RapOut-dan
Vuraraq son akkordları, ölümün gözünə baxın
İnsan ölümə yaxın olanda ruhu önünə axır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir